Şahmar Mövsümov COVİD pasportunun fotosunu paylaşıb - FOTO

16:47 25.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov COVİD pasportunun fotosunu paylaşıb.

Hafta.az-ın məlumatına görə, "Twitter” hesabında COVİD pasportunun fotosunu paylaşan Ş. Mövsümov qeyd edib ki, pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir.